SON XƏBƏR

"Eurovision-2019"-un ilk finalçıları məlum oldu (SİYAHI)

May 15
11:09 2019
İsraildə keçirilən "Eurovision-2019” mahnı müsabiqəsinin ilk 10 finalçılarının adları məlum olub.

Müsabiqənin həlledici hissəsini Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya keçib.

Bu mərhələdə ümumilikdə 17 ölkə iştirak edib.

İkinci yarımfinal mayın 16-da baş tutacaq. Azərbaycan təmsilçisi Çingiz Mustafayev "Truth” mahnısı ilə mayın 16-da keçiriləcək ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq. Müsabiqənin finalı mayın 18-də olacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook