SON XƏBƏR

"Formula 1" yarışları Azərbaycan Qran-prisinə kimi başlamayacaq

Mart 13
09:44 2020
"Formula 1" yarışları Azərbaycan Qran-prisinə kimi təxirə salına bilər.

"Report" "Motorsport" nəşrinə istinadən xəbər verir ki, "Formula 1"in idman direktoru Ross Braun yarışın nə vaxt başlaması ilə bağlı komandalarla görüş keçirib.

Komandalar mövsümə Bakıda start verilməsinin məntiqli qərar olacağını bildiriblər. Bu isə Bəhreyn, Viyetnam, Niderland, İspaniya və Monako Qran-prilərinin təxirə salınacağı deməkdir.

Qeyd edək ki, "Formula 1" rəhbərliyi Avstraliyadakı yarışı ləğv edib, Çin Qran-prisini isə təxirə salıb. Mövsümün ilk yarışı olan Avstraliya Qran-prisinin 13-15 martda Melburn şəhərində keçirilməsi planlaşdırılırdı. 5 -7 iyunda isə Azərbaycan Qran-prisi təşkil olunmalıdır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook