SON XƏBƏR

“Fransa Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir” – Səfir

Noyabr 07
11:46 2019
"Fransa Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

"Report” xəbər verir ki, bunu Fransanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Zakari Qros noyabrın 7-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə deyib.

O, Fransa ilə Azərbaycan arasında əməkdaşlığın və dost münasibətlərin olduğunu qeyd edib.

Səfir Z.Qros Fransanın Azərbaycan ilə müdafiə sahəsində, xüsusilə hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində birgə layihələrin həyata keçirildiyini və bu proqramların inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə tərəflər Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən müxtəlif layihələrin hazırkı vəziyyətini, eləcə də müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook