SON XƏBƏR
  • Millimiz Moldovaya qalib gəldi2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.  Qaynarinfo xəbər verir ki, Joze Alesio Da Silva..
  • 72 yaşlı icra başçısı da yola salınırSon günlər hakimiyyətdə sürətli kadr islahatları aparılmaqdadır.    Prezident İlham Əliyevin apardığı kadr islahatları əsasən yaşı 70-i ötmüş, uzun illərdir müxtəlif vəzifələrdə çalışmış m..
  • Daha bir korrupsiya yuvası ləğv ediləcək"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.  Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşd..
  • “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıbSosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən "Nar”, "Radio Antenn" 101 FM-lə birgə "Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Az..
  • Ramiz Mehdiyev AMEA prezidenti olduOktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir. Qlobal.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatların..
  • Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona "Heydər Əliyev” ordenini təqdim edib.   Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti mə..
  • Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edibAkademik Ramiz Mehdiyev "Heydər Əliyev” ordeni ilə təltif edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R. Mehdiyev Azərbaycan Respublikasın..
  • Prezident Təhlükəsizlik Şurasının tərkibini dəyişdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişikli..
  • Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin..
  • Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdiPrezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, sərəncamd..

Fuad Qəhrəmanlı: Selcan sizlərin etinasızlığı üzündən ortada tək qaldı

Sentyabr 22
16:42 2019
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini vəzifəsindən istefa verən Fuad Qəhrəmanlını növbəti dəfə ailəsində baş verənlərə münasibət bildirib.

O, bu barədə şəxsi feysbuk hesabında yazıb.

Qəhrəmanlı son dəfə bəzi məsələlərə aydınlıq gətirərək, bu mövzunu bağladığını bildirib:

"Belə bir vəziyyətdə mənə irad tutulur ki, niyə qızım Selcanın yazısına ilk reaksiya verərkən onun profilinin oğurlandığını demişəm? Selcanın bu məlum yazısını görəndə bir ata kimi şok oldum. Deyə gülə, ailəlikcə sevgi ilə xaricə yola saldığım Selcandan belə bir yazı gözləmədiyimdən və onunla heç cür əlaqə saxlaya bilmədiyimdən bu qənaətə gəldim ki, yəqin profili oğurlanıb. Selcanın bu yazsına səbəb, onun Əli Kərimlinin qadın hüquqları ilə bağlı tədbirdə iştirakına dair bir statusun altında istehza xarakterli rəy yazmasına etiraz edib silməsini istəməyim olub. Bu rəyi sildikdən sonra, o mənim təkidimə məlum yazı ilə reaksiya verib.

Bu mövzuda yazanların bəziləri məqsədli şəkildə mənim ” ujas” filmlərindəki kimi amansız, sümük qıranqana susamış obrazımı yaratmağa çalışırlar. Əslində, bu ifadənin meydana çıxmasına səbəb 5 il öncə mübahisə zamanı, stolun üstündəki nəlbəkini atmağım olub. Bu zaman tam təsadüfən nəlbəki balaca qızımın ayağına dəydi. Buna görə mən çox peşiman oldum və bu olaya görə çox üzüldüm. Ümumiyyətlə, nəinki döymək, heç vaxt övladlarıma çırtma da vurmamışam.

Digər bir tərəfdən mən bildirmişəm ki, Selcanın məlum yazısına baxmayaraq, mənim övladlarıma münasibətim dəyişməz olaraq qalacaq. Ancaq nə baş verir, bir dəstə adam sanki Bastiliyanı alırmış kimi dur demədən üstümə hücum çəkməklə məşğuldur. Niyə ata ilə övlad arasındakı bir anlaşmazlığı belə şövqlə dərinləşdirir, ölkənin əsas problemi kimi təqdim etməyə çalışırsınız. Selcanamı acıyırsınız?

Qətiyyən, o zaman cavab verin, niyə ötən il qəbul olunduğu ali məktəbə getməyə pul tapa bilməyəndə, atası siyasi məhbus olan imkansız bir uşağın təhsil almasına indiki kimi yardım etmirdiniz? Niyə belə bir intellektli qız üçün keçirilən yardım kampaniyasına ən azı çağırışlar yazaraq dəstək olmadınız. Selcan sizlərin etinasızlığı üzündən ortada tək qaldı. Ancaq bu gün olduğu kimi, sabah da onun qayğılarında, problemlərinin həllində yanında olacaq atası ilə arasına girərək həm də ona qarşı pislik etdiyinizin fərqində deyilsinizmi? Sizi Selcanın taleyi yox, mənə, mənsub olduğum təşkilata, onun liderinə qarşı kin küdurət birləşdirir və hərəkətə gətirir”./Demokrat.az/

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook