SON XƏBƏR

Gələn ilin dövlət büdcəsində dövlət satınalmalarına dair narahatlıq doğuran əsas məqam açıqlanıb

Noyabr 09
11:49 2019
Hesablama Palatası gələn ilin dövlət büdcəsində dövlət satınalamalarına dair narahatlıq doğuran əsas məqamı açıqlayıb.

APA-nın məlumatına görə, bu, Hesablama Palatasının "2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, növbəti ilin dövlət büdcəsinin layihəsində ən böyük xüsusi çəki "Malların (işlərin və xidmətlərin) satın alınması” bölməsi üzrə proqnozlaşdırılıb, bu bölmə üzrə vəsaitin nəzərəçarpacaq hissəsi "Sair xərclər”ə və "İstehlak yönümlü xərclər”ə nəzərdə tutulub. Növbəti ilin dövlət büdcəsində iqtisadi təsnifat üzrə "Malların (işlərin və xidmətlərin) satınalması” bölməsi 28,2%-lik xüsusi çəki ilə 7,6 mlrd. manat məbləğində nəzərdə tutulub. "Büdcə zərfi”nə daxil edilmiş məlumatlar əsasında aparılmış təhlil həmin vəsaitin 45,6%-nin "Sair xərclər” və "İstehlak yönümlü xərclər” üzrə proqnozlaşdırıldığını göstərir ki, bu da daha detallı açıqlamaların zəruri olduğunu qeyd etmək imkanı verir. İqtisadi təsnifatın bu bölməsi üzrə xərclərin dövlət satınalmalarının əhatəsinin əsas hissəsini təşkil etdiyini nəzərə alaraq, növbəti ildə dövlət satınalmalarına cəlb ediləcək vəsaitlərin məbləğinin də artacağını ehtimal etmək olar.

Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirlərinin nəticələrinə əsaslanmaqla dövlət satınalmalarının keçirilməsi zamanı müxtəlif qanun pozuntularına yol verilməsi, xüsusilə satınalmalar tətbiq edilmədən müqavilələrin bağlanılması kimi hallara rast gəlindiyi vurğulanmalıdır: "Bu hallar isə öz növbəsində gəlirlərin yenidən bölgüsü ilə sosial ədalətliliyinin möhkəmləndirilməsinə mane olması ilə yanaşı, dövlət vəsaitlərinin qənaətli, səmərəli icrası prinsiplərinin təmin edilməsinə mane olur”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook