SON XƏBƏR

Gənc diplomatımz Sarkisyanı çətin vəziyyətə saldı (VİDEO)

Fevral 19
00:48 2018
Almaniyada Münhen Təhlükəsizlik Konfransının panel sessiyasında iştirak edən Ermənistan prezidenti Serj Sarkisyan çətin vəziyyətə düşüb.

Xezerxeber.az-ın məlumatına görə, Sarkisyan Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, diplomat Sədi Cəfərovun sualları qarşısında aciz qalıb.

Panelin moderatoru sualların Ermənistan prezidentini pis vəziyyətdə qoya biləcəyindən ehtiyat edərək, Azərbaycan diplomatının sözünü kəsməyə çalışıb.

Bütün bu cəhdlərə baxmayaraq Sədi Cəfərov öz nitqini tamalaya bilib. Lakin Ermənistan prezidenti diplomatın suallarına birbaşa cavab verməkdən yayınıb. O, Ermənistanın olmayan iqtisadi inkişafından danışıb. Sarkisyanın sözlərinə inansaq, ac Ermənistan adambaşına düşən gəlirə görə region ölkələrini qabaqlayıb və təcrid vəziyyətində olmasına baxmayaraq, inkişaf davam edir.
 
Bu arada Sarkisiyan Türkiyə-Ermənsitan münasibətlərindən də danışıb. O, beynəlxalq ictimayyəti yanıltmağa çalışaraq Türkiyə-Ermənistan münasibətlərinin normallaşmamasının əsas səbəbkarının elə Türkiyə olduğunu idda edib.
 
Məntiqsiz çıxışlarını davam etdirən Sarkisyan Turkiyə ilə danışıqların yeni sənəd üzrə aparılmalı olduğunu bildirib.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook