SON XƏBƏR

Gənc şirkət rəhbəri hakim qarşısına çıxarılır - dələduzluq ittihamı

May 22
12:13 2020
"The Times-Azerbaijan” şirkətinin direktoru hakim qarşısına çıxarılır. Barəsində həbs qətimkan tədbiri seçilən şəxs azadlığa çıxmaq istəyir.

Musavat.com xəbər verir ki, "The Times-Azerbaijan” şirkətinin direktoru Ceyhun Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün Xətai Rayon Məhkəməsinə müraciət edib.

Proses mayın 23-də baş tutacaq.

Ceyhun Hacıyev rəhbəri olduğu şirkətdə xaricdə təhsil işi ilə məşğul olurmuş. Əsasən ona müraciət edənləri Türkiyə universitetlərində təhsil almağa yönləndirirmiş.

C.Hacıyev müştəriləri aldatmaqda və pul vəsaitlərini mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri üzrə ittiham irəli sürülüb.

Çoxsaylı şikayətlərdən sonra keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində C.Hacıyev Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmə qərarı ilə onun barəsində həbs qərarı seçilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook