Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev onlayn konfransda iştirak edib
İyul 01
14:51
2020
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş Nazirin müavini Əli Əhmədovun müvafiq göstərişinə əsasən Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə onlayn konfrans keçirilib. Onlayn konfrans "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə və bu sahədə qarşıda duran vəzifələr” mövzusuna həsr olunub.
Komissiyaya üzv olan qurumların məsul əməkdaşlarının, habelə şəhər, rayon komissiyalarının sədrlərinin iştirak etdiyi videokonfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev də yer alıb.
Qlobal.az