SON XƏBƏR

General koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə yollandı

Fevral 24
16:06 2020
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib.

Qlobal.az xəbər verir ki, bu barədə "Report"un əraziyə ezam olunan əməkdaşı məlumat verib.

E.Quliyev deyib ki, hazırda təhlükəsizlik tədbirləri davam etdirilir: "Panikaya ehtiyac yoxdur. Hazırda təhlükəsizlik tədbirləri davam etdirilir. Hər şey nəzarət altındadır".

DSX rəisi daha sonra Astara sərhəd-keçid məntəqəsinə yollanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook