SON XƏBƏR

General-mayor Polad Həşimov dəfn olunur

İyul 15
09:38 2020
General-mayor Polad Həşimov dəfn olunur

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur.

Qlobal.az "Report"a istinadən xəbər verir ki, general-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib.

Xiyabanda hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi vida üçün ilk olaraq Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook