SON XƏBƏR

Gömrükdə vətəndaşı ələ salaraq rüşvət istəyirlər - VİDEO

Noyabr 07
11:36 2018
Sosial şəbəkələrin Azərbaycan seqmentində yayılmış videoyazıdan göründüyü kimi, Dövlət Gömrük Komitəsinin Biləsuvar nəzarət-buraxılış məntəqəsinin əməkdaşları vətəndaşlardan rüşvət tələb edirlər.

Videioyazıda kişinin rüşvət ödəməkdən imtina etməsinə və onun Azərbaycan vətəndaşı kimi gömrük nəzarətindən maneəsiz keçmək üçün nə etməli olması barədə sualına əməkdaşlar həyasızcasına intihar etməyi məsləhət görürlər. Sonra isə rəisə 50 manat rüşvət verməyi tələb edirlər.

Vətəndaşların bildirdiyinə görə, onlar gecədən növbə tutmalı olurlar ki, Biləsuvar nəzarət-buraxılış məntəqəsində gömrük baxışından keçsinlər. Gömrük işçiləri rüşvət tələb edir, bunu ödəmək istəməyənlər isə təhqir olunurlar. İnsanlar onu da bildirirlər ki, Azərbaycan vətəndaşlarına münasibətdə İran gömrükçüləri də özlərini olduqca kobud aparırlar.
 
 
Mənbə: Virtualaz.org
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook