SON XƏBƏR

“Green house”da bədbəxt hadisə - Ekspertiza təyin olundu

Sentyabr 19
02:54 2020
Sentyabr 17-də Hacıqabul rayonunun Atbulaq kənd sakini İlkin Baxşaliyevin fəhlə işlədiyi "Green house” MMC-nin giriş hissəsinin dam örtüyünün üzərində təmir işləri ilə məşğul olduğu zaman yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hacıqabul rayon prokurorluğundan Yenicag.az-a verilən məlumatda bildirilir ki, dərhal prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, hadisə ilə əlaqədar izahatlar alınmış və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin baş vermə səbəb, şərait və mexanizminin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
 
Mənbə: Yenişağ.az
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook