SON XƏBƏR

"Gürcüstan azərbaycanlıları dövlət dilini bilməlidirlər" -Salome Zurabişvili

May 31
12:28 2019
"Gürcüstanda yaşayan azərbaycanlıların ölkənin mükəmməl vətəndaşı olmaları üçün dövlət dilini bilməlidirlər".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə keçirilən "Vətəndaş inteqrasiyası və insan kapitalının inkişafı üçün dövlət dili" adlı konfransda çıxışı zamanı bildirib.

O deyib ki, gürcü dili milli azlıqların doğma dili kimi və inteqrasiya üçün əsas element olmalıdır: "Gürcüstan tolerant ölkədir və burada milli azlıqların adət-ənənələri, mədəniyyəti və dili qorunur. Milli azlıq nümayəndələri yalnız yığcam yaşadıqları bölgənin deyil, Gürcüstanın mükəmməl vətəndaşları olmalıdırlar". 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook