SON XƏBƏR

“Gürcüstan bölgədə sülhün təminatında tarixi rol oynayıb” - Vitse-spiker

İyun 14
12:50 2021
"Gürcüstanın Azərbaycan və Ermənistanla birgə bölgədə sülh və təhlükəsizliyi təmin etməsinə hazırlığı Qərb tərəfindən layiqincə qiymətləndirilib”.

"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze deyib.

O bildirib ki, strateji tərəfdaşların Gürcüstanı çətin problemin həllində vasitəsçi kimi görməsi vacibdir.

Vitse-spiker qeyd edib ki, Gürcüstan hökuməti İrakli Qaribaşvilinin başçılığı altında regionda əmin-amanlıq və təhlükəsizliyin təminatında tarixi rol oynayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook