Gürcüstan rəsmisi Bakıya gəlir - Sərhəd məsələsi müzakirə olunacaq
May 13
12:10
2019
Bu həftə Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın ilk iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, komissiyanın Gürcüstan tərəfindən olan sədri, xarici işlər nazirinin müavini Laşa Darsalia sabah Bakıya səfər edəcək. Mayın 15-də isə komissiyanın ilk iclası baş tutacaq.