Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə yoluxma artıb
Aprel 09
08:57
2020
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində koronavirusa yoluxma hallarının sayı 25-ə çatıb. Bu barədə bölgə qubernatoru Şota Rexviaşvili bildirib.
O deyib ki, bu gün virusun təsdiqləndiyi şəxs Bolnisinin Savaneti kənd sakinidir: "Həmin şəxsin ilkin yoluxma mənbəyi hələ müəyyən edilməyib. Onunla təmasda olan 27 nəfər özünütəcriddədir”.