SON XƏBƏR

Gürcüstanda fövqəladə vəziyyət rejimi sabah başa çatacaq

May 21
09:57 2020
Gürcüstanda fövqəladə vəziyyət rejimi sabah başa çatacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Georgi Qaxaria bildirib.

Onun sözlərinə görə, hökumət fövqəladə vəziyyət rejiminin yenidən uzadılması üçün prezidentə müraciət etməyəcək: "Epidemioloji vəziyyəti dərindən təhlil etdikdən sonra Gürcüstan hökuməti fövqəladə vəziyyət rejiminim mayın 22-dən sonra uzadılması üçün prezidentə və parlamentə müraciət etməmək qərarına gəldi".

G. Qaxaria qeyd edib ki, fövqəladə vəziyyət qaldırılacaq, lakin tətbiq edilən məhdudiyyətlər dərhal qaldırılmayacaq: "Epidemioloqların fikrincə, risklərə nəzarətin yüksək səviyyədə olması üçün məhdudiyyətlərin bir hissəsi qalmalıdır. Bununla əlaqədar parlamentə fövqəladə vəziyyət elan etmədən epidemiya və riskləri idarə etməyə imkan verəcək qanunvericilik dəyişikliklərini müzakirə etməyə başlamağı xahiş edirik", deyə Giorgi Qaxaria bildirib.

Qeyd edək ki, Gürcüstanda martın 21-dən etibarən fövqəladə vəziyyət rejimi tətbiq edilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook