SON XƏBƏR

Gürcüstanın iqtisadiyyat nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

Sentyabr 17
10:42 2019
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfər proqramı açıqlanıb.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, sentybarın 17-18-də baş tutacaq səfər çərçivəsində N.Turnava Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Dövlət Neft Şirkətinin rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Görüşlərdə Gürcüstan və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

N.Turnavanın başçılıq etdiyi nümayəndə heyətinə müavinləri Davit Tvalabeişvili və Genadi Arveladze, həmçinin "Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru David Peradze daxildir.

Nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi və gücləndirilməsidir. Bununla yanaşı səfər çərçivəsində Gürcüstan-Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclasının gündəliyi də nəzərdən keçiriləcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook