SON XƏBƏR

Habil Vəliyev Prezidentə müraciət etdi

Yanvar 15
02:19 2021
"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev səhhəti ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Qlobal.az-ın "Gündəlik Bakı"ya istinadən verdiyi xəbərə görə, H.Vəliyev Prezidentdən vəziyyəti öz nəzarətinə götürməsini xahiş edib. 

"Hörmətli Cənab Prezident!

Mən və mənim ailəm COVİD-19-a yoluxmuşuq. Vəziyyətimiz çox ağırdır. Vəziyyətimizin çətinliyi ilə əlaqədar Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirildik. Burada mənim və ailəmin vəziyyəti heç də ürəkaçan deyil. Hətta çox ağırdır. Mənim və ailəmin vəziyyəti acınacaqlıdır. Tək ümid yerimiz Sizsiniz. Xahiş edirəm ki, vəziyyəti öz nəzarətinizə götürəsiniz". - müraciətdə deyilir. 

Xatırladaq ki, xəstəxana Fövqəladə Hallar Nazirliyinin tərkibindədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook