SON XƏBƏR

Hacı Salayevin tikdirmək istədiyi otelin yerində ağaclar əkilir - FOTO

İyul 29
15:48 2020
Bakının Yasamal rayonunda "Üç Tac" yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafındakı ərazinin təmizlənməsi və ilkin vəziyyətə qaytarılması üzrə işlər aparılır.

Qlobal.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, gölün ətrafında ağaclar əkilərək yaşıllıq və park salınacaq.

Qeyd edək ki, göl ətrafında otel tikdirmək istəyən sabiq millət vəkili Hacı Salayev olub. H.Salayev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayevin qardaşıdır.
 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook