SON XƏBƏR

Hadı Rəcəbli: "Məsrəfimiz bundan sonra 5 milyard manata qədər olacaq"

Sentyabr 06
10:20 2019
"Parlamentin payız sessiyasında gələn ilin dövlət büdcəsini, yaşayış minimumu rəqəmini, eləcə də, sosial büdcəni təsdiq edəcəyik. Minimum əmək haqqının, minimum pensiyaların artması büdcədə sosial yönümlülüyü artıracaq”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, əvvəllər büdcənin 27-28 %-i sosial məqsədlərə gedirdisə, 2020-ci ildə bu rəqəm 35-37 civarında olacaq.

"Düşünürəm ki, büdcənin böyük hissəsi 35-37%-i sosial müdafiə və bu istiqamətli məsələlərə yönələcək. Minimim əmək haqqı 900 min  nəfəri əhatə edir. 700.000 nəfərin isə minimum pensiya həddi kəskin surətdə yuksələcək. Bizim hesablamalarımız göstərir ki, bu məsələlrə üçün məbləğ 5 milyarda qədər ola bilər. Əvvəlki illərdə xərclər qrafasında bizim məsrəfimiz nə qədər idisə, bundan sonra 5 milyard manata qədər olacaq. Bu da büdcənin əsasən sosial yönümlü olmasından xəbər verir”-deyə, komitə sədri vurğulayıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook