SON XƏBƏR

Hadı Rəcəblinin doğum günüdür

Oktyabr 25
01:10 2019
Bu gün millət vəkili, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin doğum günüdür.
 
1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olan H. Rəcəbli Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir.
 
Əmək fəaliyyətinə Lənkəran çörək zavodunda fəhlə kimi başlayan H.Rəcəbli sonradan mühasib, texnoloq, iqtisadçı işləyib.
 
Qlobal.az xəbər verir ki, 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinskiy raboçiy" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2015-ci il noyabrın 7-də 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədridir. Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-İran, Azərbaycan-Belarus, Azərbaycan-Koreya, Azərbaycan-Serbiya, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
 
Siyasi elmlər doktoru, professordur.
 
H. Rəcəbli 2007-ci ildə "ŞÖHRƏT", 2017-ci ildə İkinci dərəcəli "VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ" ordeni ilə təltif edilib.
 
9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook