SON XƏBƏR
  • Millimiz Moldovaya qalib gəldi2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.  Qaynarinfo xəbər verir ki, Joze Alesio Da Silva..
  • 72 yaşlı icra başçısı da yola salınırSon günlər hakimiyyətdə sürətli kadr islahatları aparılmaqdadır.    Prezident İlham Əliyevin apardığı kadr islahatları əsasən yaşı 70-i ötmüş, uzun illərdir müxtəlif vəzifələrdə çalışmış m..
  • Daha bir korrupsiya yuvası ləğv ediləcək"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.  Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşd..
  • “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıbSosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən "Nar”, "Radio Antenn" 101 FM-lə birgə "Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Az..
  • Ramiz Mehdiyev AMEA prezidenti olduOktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir. Qlobal.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatların..
  • Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona "Heydər Əliyev” ordenini təqdim edib.   Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti mə..
  • Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edibAkademik Ramiz Mehdiyev "Heydər Əliyev” ordeni ilə təltif edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R. Mehdiyev Azərbaycan Respublikasın..
  • Prezident Təhlükəsizlik Şurasının tərkibini dəyişdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişikli..
  • Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin..
  • Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdiPrezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, sərəncamd..

“Hər addımımı izləyirlər” - Vidadi Zeynalov

Sentyabr 16
12:09 2019
"Mən restoran işi ilə məşğul deyiləm”. 

Bu sözləri Yenisabah.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov deyib. 

O əlavə edib ki, ailəsi ilə Şamaxının Məlhəm kəndinə dincəlməyə gedib. Həmin vaxt ona media nümayəndələrindən biri zəng vurub: "Dedi ki, Vidadi müəllim vacib məsələ var, sizinlə görüşmək istəyirəm. Mən də dedim ki, ailəmlə Şamaxıya gəlmişəm, o aşpazlıq edir, mən də çörək yeyirəm. 

Soruşdu ki, harada, cavab verdim ki, Məlhəm kəndində. O da götürüb yazıb ki, "Məlhəm” restoranı belə gəldi filan…”. 

Zeynalov restoran biznesi ilə məşğul olmadığını qeyd edib.

O, həmçinin jurnalist Fikrət Fəraməzoğlunun həbsxana xatirələrində onunla bağlı yazılanlara da toxunub. 

Jurnalist xatirələrində yazıb ki, 1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı türməsi) nəzarətçilər Vidadi Zeynalovun maliyyə imkanlarındən bol-bol yararlanıblar. Məsələn, onlar keçmiş məmura iki dönəri 100 manata "təşkil” ediblər. Təcridxananın həyətini yaşıllaşdırmaq üçün Vidadi Zeynalov nə az, nə çox 12 min manatından keçib. 

Keçmiş məmurun yazılanlara münasibəti belə olub:  "Allah heç kimə həbsxana düşməyi qismət eləməsin. Ora elə bir yerdir ki, heç kəs heç kəsin dəmir barmaqlar arasında nə etdiyini nə görə, nə də bilə bilər. İndi yazıb da. Nə deyim”. 

Vidadi Zeynalov əmlaklarının geri qaytarılıb-qaytarımadığı barədə də həvəssiz danışıb. "Apelyasiya məhkəməsinin qərarı var, götürün oxuyun. Mətbuat da hər addımımı izləyir. Mən nə deyim daha”, - deyə keçmiş aparat rəhbəri bildirib.

Vidadi Zeynalov "MTN işi”nə görə həbs edilən məmurlardandır.  

O, 2015-ci ilin noyabr ayının 13-də həbs edilib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov 73 milyon 590 min manat məbləğində dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi. 

O, bu ilin mart ayında isə azadlığa buraxılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook