SON XƏBƏR

"Hər bir məmur bilməlidir ki, oturduğu kreslo..." - Arzu Nağıyev

May 23
14:20 2020
"Məmurların həssas təbəqə ilə işləyə bilməməsi acı bir nəticəyə gətirib çıxardı”.

‌Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Onun fikrincə, bu münasibət sonda öz vəzifəsindən su-istifadə edən şəxslərin həbsi ilə nəticələndi:

‌"2019-cu ildən başlayan islahatlar həm istisadi, həm siyası, həm də kadr islahatları istiqamətində aparılır. Hər bir vəzifəyə təyin olunan məmur bir başa vətəndaşla təmasda olmalı və tələb olunan işləri görməlidir. Ona görə Prezident İlham Əliyev hər təyinatda vəzifəyə təyin olun şəxslərlə videoformada görüşlər keçirir və həmin görüşlərdə öz tövsiyələrini və gələcəkdə necə işləyəcəklərini bildirir. Məmurların həssas təbəqə ilə işləyə bilməməsi acı bir nəticəyə gətirib çıxardı. Bu da sonda öz vəzifəsindən sui-istifadə edən şəxslərin həbsi ilə nəticələndi. Həbs olunanların arasında icra başçıları ilə yanaşı, digər məmurlar da var. Dövlət Təhlükəsizlik Xidmətinin apardığı əməliyyatlardan görünür ki, məmur vətəndaş məmnunluğu və onların bir-birinə münasibəti çox acınacaqlı vəziyyətdədir”.

‌Arzu Nağıyev hesab edir ki, son vaxtlar aparılan kadr islahatlarının müsbət effekt verməsi üçün Prezidentin göstəriş və tövsiyyələrinə əməl olunmalıdır:
 
‌"Çünki Azərbaycan dövlətinin, siyasətinin başında bir necə amil durur - dövlətin təhlükəsizliyi, müstəqilliyinin qorunması və Azərbaycan vətəndaşının rifahı. Həssas təbəqənin haqqına girmək o qədər gərgin vəziyyət yaratdı ki, artıq bu prosesə dövlət başçısı səviyyəsində müdaxilələr olundu. Hər bir məmur bilməlidir ki, oturduğu kreslo və ona verilən səlahiyyət onun ailəsi, övladları və ətrafı üçün deyil. Son təyinatlar, xüsusi ilə də peşəkarlardan ibarət, eyni zamanda Azərbaycanın daxili və xarici siyasətini bilən şəxslərin təyinatı mühüm əhəmiyyət kəsb edir”.

‌Deputat son illər həssas təbəqə üçün tikilən mənzillərdə qanunsuzluqların olduğunu vurğulayıb:

‌"Azərbaycanda həssas təbəqə üçün mənzillər inşa olunur. Məcburi köçkünlər, şəhid ailələri, əlillər və s. Hansı ki, özlərindən asılı olmayan səbəb ucbatından evlərini tərk ediblər və onlara mütləq şəkildə yaşayışını təmin etmək üçün həmin mənzillər verilməlidir. Azərbaycanın müstəqilliyini qorumaq üçün canlarından keçən şəxslərin də ailələri üçün mənzillər verilir. Bu prosesdə qanunsuzluqların olması barədə Prezident çıxışlarında anonslar verdi. Bu faktlar var. O evdə yaşamağa layiq olmayan Azərbaycan vətəndaşı düşünməlidir ki, "mən kiminsə haqqına girirəm”. Düşünürəm ki, bu faktlar aydınlaşmalıdır”.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook