SON XƏBƏR

Hər kəsin millət vəkili olmaq istəyinin arxasında nə dayanır?

Dekabr 03
12:45 2019
"İnsanlar güman edir ki, seçkilər daha demokratik keçiriləcək, bu yarış hakimiyyətin mənbəyi kimi xalqın ixtiyarına buraxılacaq və xalq da yaxşıların yaxşısını seçmək imkanına malik olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, növbəti parlament seçkisində daha çox insanın namizəd olmağa can atmasını belə əsaslandırıb:
  
"İddiaçılar belə düşünür ki, öz bölgələrindən namizədliyini verərək seçilə biləcəklər. Amma yersiz ambisiyalardır. Hələ seçkilər başlamadan öz təbliğatını aparanlara da rast gəlinir. Zənnimcə, apardıqları təbliğat uğurlu deyil. Bəzən ikrahla qarşılanır. Hər halda namizədlərin çox olması rəğbəti artırar, beləliklə də seçki mühitinin sağlamlaşmasına və daha demokratik keçirilməsinə şərait yaradar”.

Politoloq struktur və kadr dəyişiklikləri ilə bağlı aparılan islahatların da bu prosesə təkan verdiyini ifadə edib:

"Son dövrlərdə aparılan struktur və kadr islahatları, kadrların seçimində peşəkarlığa üstünlük verilməsi də insanları həvəsləndirir, ümidlərini artırır. Belə hesab edirlər ki, hakimiyyət yeniliyə can atır, ölkəni daha peşəkar adamlara tapşırmaq istəyir. Buna görə də insanların əksəriyyəti yaranmış cəzbedici mühitdə öz qüvvələrini sınamaq istəyirlər".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook