SON XƏBƏR

Hikmət Hacıyev qərargahla bağlı satirik video hazırlayan şəxsi Administrasiyaya dəvət etdi

Avqust 15
14:29 2020
Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün Operativ Qərargahın birifinqində sosial şəbəkələrdə yayılan videolara münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, o, bəzən qərargahın iclasları ilə bağlı satirik filmlər hazırlandığını vurğulayıb: "Biz bunu çox normal qəbul edirik. Ərtoğrul adı ilə sosial şəbəkələrdə çıxış edən bir şəxs var, onun fəaliyyətini yüksək qiymətləndiririk. 

Satira Azərbaycan ədəbiyyatının və xalqının mədəniyyətində vacib özəlliklərdən biridir. Belə kreativ insanlara operativ qərargahın iclaslarına göstərdikləri bu diqqətə görə də bir daha təşəkkür edirik, o videoları çox bəyənirik. Videoları dublyaj edən şəxsi Prezident Administrasiyasına görüşə dəvət edirik".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook