SON XƏBƏR

Hüquqşünas MSK sədrinin danışdığı yalanın üstünü açdı (SƏNƏD)

Fevral 20
12:28 2020
76 saylı Lənkəran – Astara seçki dairəsindən deputatlığa namizəd Xalid Bağırov MSK sədri Məzahir Pənahovu yalan danışmaqda ittiham edib.
 


AzToday.az xəbər verir ki, namizəd seçki saxtakarlığı ilə bağlı etdiyi şikayətin MSK tərəfindən qəbul edilməsi dair qəbzin görüntülərini paylaşıb:

"Dünən MSK-nın iclasında Məzahir Pənahov bildirib ki, mən DSK-ya və MSK-ya heç bir şikayət verməmişəm.

Mətbuata açıqlanmasında isə MSK sədri bildirib ki, "MSK daxil olan bütün şikayətlərə baxmaqda maraqlıdır. Heç bir namizəd şikayətlərə baxmamağımızla bağlı cəmiyyətə yalan məlumat verməməlidir. Sağlam, düzgün adam yalan informasiyanı niyə yaysın?”

Bu da səlahiyyətli nümayəndəmin göndərdiyi şikayətin MSK tərəfindən qəbul edilməsinə dair QƏBZ.

Məzahir müəllim, Sizin əməkdaşlar mənə artıq şikayəti kənara tulladıqlarını bildiriblər”.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook