SON XƏBƏR

İcra başçısı bu dəfə 213 şikayətçini qəbul etdi - "İllərdir yığılıb qalan məsələlər..." (FOTO)

Dekabr 16
00:00 2019
Şəmkir rayon İcra Hakimiyyətinni başçısı Alimpaşa Məmmədov sakinlərlə keçirdiyi daha bir görüşü ilə diqqət mərkəzinə gəlib. 
 
Dekabr ayının 13-də Şəmkir rayon İcra Hakimiyyətinin rəsmi saytında verilən xəbərə görə icra başçısı bu dəfə 213 sakinin müraciətini dinləyib. 
 
Qlobal.az xəbər verir ki, Şəmkir rayon İcra Hakimiyyətinin feysbuk səhifəsində paylaşdığı "İCRA BAŞÇISI 213 SAKİNİN MÜRACİƏTİNİ DİNLƏYİB" başlıqlı xəbər birmənalı qarşılanmayıb. 
 
Belə ki, Şəmkir rayon İcra Hakimiyyətinin feysbuk səhifəsində paylaşdığı sözügedən xəbərə Səadət Novruzova adlı vətəndaş "Sadəcə çox maraqlıdır ki, hər dəfə şikayətə gələn vətəndaşların sayı keçən dəfəki qəbuldan çox olur. Bu necə olur?"-, deyə şərh yazıb.
 
Vətəndaşın bu şərhi cavabsız qalmayıb. 
 
Şəmkir rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Elgün Seyidov Səadət Novruzovanın yazdığı şərhi cavablandırarkən dolayısı ilə rayonda illərlə problemlərin yığılıb qaldığını etiraf etmiş olub: "Onu bilmək üçün bir az dərindən fikirləşmək lazımdır. Çünki vətəndaşlar problemlərinin həll olunduğunu, onlara olan etimadı görür və illərdir yığılıb qalan məsələlərini də həll etmək üçün qəbula gəlirlər. Nəzərinzə çatdırım ki, inam olmasa, heç kim qapı da döyməz. Üzünüzə yaxşı baxmayan qonşunun, qohumun, yaxının evinə ikinnci dəfə gedirsiniz? Və ya tanıyıb bildiklərinizə getməyi məsləhət görürsünüz? Yox təbbi ki. Bax bu da belədir. Hər bir insan incələyə bilər hər qəbulda fərqli vətəndaşlardır və haqqını düzgün yerdə arayan heç bir vətəndaş da ikinci dəfə qəbula gəlməyə ehtiyacı olmurş Çünki ilk gündəcə öz həllini tapır".
 
Qeyd edək ki, Şəmkir rayon İcra Hakimiyyətinin hazırkı başçısı Alimpaşa Məmmədov 2014-cü ilin oktyabr ayından Şəmkir rayonuna rəhbərlik edir. 
 
Xatırladaq ki, dekabr ayının 11-də Şəmkir rayon İcra Hakimiyyəti rəsmi saytında rayon icra başçısının 7 saat ərzində 211 nəfər sakini fərdi qaydada qəbul etdiyi barədə xəbər yaymışdı. 
 
Qlobal.az
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook