SON XƏBƏR

İcra başçısı ehtiyac içində olan ailəyə qəzəbləndi: “Niyə bu qədər uşaq doğursan?”

İyun 30
18:20 2020
"Tərtərin icra başçısı Müstəqim Məmmədov yenə özbaşınalığından qalmır. Demək, Buruc kəndindən üçəmləri olan bir ailənin sosial problemini dinləyib həll etməkdənsə, utanmadan "sən niyə birdən bu qədər uşaq doğursan” (üçəmləri eee) deməklə qalmayıb, təhqirlər etməsi haqda geniş çəkiliş olacaq. Faktlarla, sübutlarla. Bir bu deyil”.

Bunu Ümid Partiyasının sədr müavini Tamilla Qulami deyib.

T.Qulami qeyd edib ki, icra başçısından şikayətlər davam edir: "İnsanların başına gətirdiyi oyunların hamısı faktlarla aidiyyatı qurumlara çatdırılacaq. Müstəqim Məmmədov, elə bilirsiniz ki, əlinizə keçən müraciətlərin aidiyyatı qurumlara çatdırılmanın qarşısını almaqla nəsə əldə edəcəksiniz? Gözləyin, nəticəsini az zamanda görəcəksiniz! Amma… Şansınız ola bilər. Əgər dəyişsəniz…”

//pravda


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook