SON XƏBƏR

İcra başçısı metronun çıxışını hasarlamaq istəyib – Şok

İyun 11
11:53 2019
Yaşıllıqların hasarlama işləri davam edir. Bu dəfə Bakının Nizami rayonu, Qara Qarayev küçəsi 30 ünvanında, "Qara Qarayev" metrostansiyasının yaxınlığındakı parkın ərazisi hasarlanıb. 

Bildirək ki, hasarlama işləri may ayının 10-da həyata keçirilib. Sakinlərin iddiasına görə, ərazinin hasarlanması göstərişini verən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov olub. 

Məsələ ilə bağlı  açıqlama verən Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov hasarların artıq söküldüyünü bildirib:

"Mən buna özüm gedib baxmışam, hazırda orada hasar mövcud deyil, həmçinin bir neçə işçi də məsələylə bağlı gedib həmin əraziyə baş çəkib. Sakinlər hasarlama zamanı sərt şəkildə iradlarını bildiriblər və nəticədə Bakı Şəhər İcra Hakimiyyəti hasarlamanın tam şəkildə həyata keçirilməsinə icazə verməyib. Düzdür, metronun çıxışını hasarlamaq istəyirdilər, amma sakinlərin etirazı buna imkan verməyib”. 

Cebhe.info
 

 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook