SON XƏBƏR

İcra başçısı "vikipediya"dan doğum tarixini niyə çıxarıb?

Noyabr 20
00:40 2019
Mehdi Səlimzadənin 65 yaşı var

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə vikipediayadan və İcra Hakimiyyətinin rəsmi saytından təvəllüdünü çıxarıb.

Məlumata görə, icra başçısı son günlər 65 yaşı ötmüş məmurların işdən çıxarılması ilə bağlı sərəncamlardan sonra bu addımı atıb. 

Araşdırmalar zamanı məlum olub ki, doğrudan da, "vikipediya"dan icra başçısının doğum tarixi çıxarılıb. 

İcra Hakimiyyətinin rəsmi saytında "İH-in başçısı" bölməsində isə onun vəzifəyə təyin olunması ilə bağlı sərəncam yerləşdirilib. Halbuki bütün icra hakimiyyətlərinin rəsmi saytlarında həmin bölmədə icra başçısının bioqrafiyası əksini tapıb. 

Göyçay Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. 

 

Vikipediaya və İcra Hakimiyyətinin saytında əvvəl yerləşdirilmiş məlumatda isə icra başçısının bioqrafiyası ilə bağlı məlumatlar olub. 

Həmin məlumatı təqdim edirik: 

Mehdi Səlimzadə 1955-ci ildə anadan olub. 2003 - cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakultəsini fərqlənmə diplomuyla bitirib.

1996-2000-cı illərdə Milli Məclisin Yerli özünüidarəetmə məsələləri üzrə Daimi Komissiyasında ekspert kimi çalışıb. Bələdiyyə sisteminin inkişafına həsr olunan onlarca elmi-publisistik məqalənin və monoqrafiyanın müəllifidir.



2000-2003- cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 2004- cü ildən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının təsis edilməsiylə bağlı yaradılan təşkilat qrupun rəhbəri və komitənin ilk sədri seçilib. Türk Dünyası Bələdiyyələr Birliyinin həmsədri kimi Azərbaycan bələdiyyə sistemini mütəmadi olaraq beynəlxalq tədbirlərdə layiqincə təmsil edib. Bir sıra dövlət mükafatlarıyla təltif edilib.

2012-ci ildən Azərbaycan Prezidenti Ilham Əliyevin sərəncamıyla III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. "Bələdiyyə həyatı” qəzetinin təsisçisidir.


2004-cü ildən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarxili sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Mənbə: Arqument.az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook