SON XƏBƏR

İddia: Deputatın qohumu qaynanası erməni olduğu üçün xaricdən sığınacaq alıb? (VİDEO)

Avqust 21
11:17 2020
Deputat Elnur Allahverdiyevin səfirlikdə çalışan qohumu ölkəyə qayıtmaqdan imtina edərək xaricdən sığınacaq alıb. 
 
Qlobal.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müxtəlif ölkələrdə səfiri işləmiş professor İsfəndiyar Vahabzadə LAF TV-yə müsahibəsində deyib. 
 
"Mənim səfirlikdə 5 il çalışan müşavirim var idi. Onu geri qaytardım. Azərbaycana gəlmədi, xaricdə qalıb sığınacaq aldı. Səbəb də bu oldu ki, anası yəhudi, qaynanası erməni olduğuna görə hüquqlarını pozurlar. İndi o adamın yaxın qohumunu deputat təyin ediblər"- deyə, İ. Vahabzadə bildirib. 
 
LAF tv-nin aparıcısının deputatın kim olması ilə bağlı sualını keçmiş səfir cavablandırıb. 
 
Səfirin sözlərinə görə, bu deputat Elnur Allahverdiyevdir. 
 
Qeyd edək ki, Elnur Allahverdiyev 1978-ci il aprelin 22-də Bakı şəhərində anadan olub.
 
2020-ci il fevralın 9-da keçirilən Parlament seçkilərində 17 saylı Yasamal III dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olaraq VI çağırış Milli Məclisin deputatı seçilib.
 
Milli Məclisin gənclər və idman Komitəsinin, iqtisadi siyasət, sənaye və sahibкarlıq Komitəsinin, habelə Hesablayıcı Komissiyasının üzvüdür.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook