SON XƏBƏR

İki əsgərimiz Suqovuşanda minaya düşdü (Rəsmi)

Aprel 06
23:34 2021
İtkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı baş verən mina partlayışında iki hərbçimiz xəsarət alıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçularımızın Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışlar zamanı düşmən tərəfindən basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əliyev Pünhan Şaban oğlu və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb, həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook