SON XƏBƏR

İlham Əliyev icra başçısını işdən çıxardı - Yeni təyinat

Sentyabr 30
16:06 2019
Prezident İlham Əliyev Ənvər Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Qlobal.az xəbər verir ki, sərəncama əsasən, Ənvər Qasım oğlu Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook