İlham Əliyevlə Asiya İnkişaf Bankının rəhbərləri arasında videokonfrans keçirildi (FOTO)
İyun 01
13:35
2020
İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
Qlobal.az xəbər verir ki, videokonfransda Azərbaycan tərəfdən Maliyyə naziri Samir Şərifov iştirak edib.