SON XƏBƏR

İlham Əliyevlə Putinin görüş tarixi açıqlandı

Sentyabr 24
15:09 2019
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Soçi şəhərində görüşəcək.
 
Bu barədə V.Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib. 

Prezidentlər 3 oktyabrda Valday klubunun sessiyasında iştirak edəcək. Sessiyaya Azərbaycan Prezidenti İlham Əliyev, İordaniya Kralı Abdullah, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Filippin Prezidenti Rodriqo Duterte də qatılacaq. 

Vladimir Putin digər ölkə rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, "Şərqin şəfəqi və dünya siyasi sistemi" mövzulu Valday Beynəlxalq Müzakirə Klubunun XVI illik iclası 30 sentyabr - 3 oktyabr tarixlərində Soçidə baş tutacaq.

Qaynarinfo



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook