SON XƏBƏR

Çində bir sutkada koronavirusdan 86 nəfər öldü

Fevral 08
10:38 2020
Çində koronavirus epidemiyasından ölənlərin sayı 723-ə çatıb.

"Report” xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyası məlumat yayıb.

Bildirilib ki, ölkədə son 24 saat ərzində 86 nəfər dünyasını dəyişib, 3000-dən artıq insanda yeni yoluxma faktı aşkarlanıb.

Bu günə qədər qeydə alınan ölümlərin 699-u məhz Uhan şəhərində olub.

Müşahidə altına alınan şəxslərin sayı isə 189 mini keçib. Virusun təsirinə məruz qalan 6101 nəfərin vəziyyəti ağır olaraq qalır. Ümumilikdə isə virusa yoluxanların sayı 34 546-a yüksəlib. Eyni zamanda virusa yoluxduğu ehtimal edilən insanların sayı 27 657 nəfərdir. Bu arada paytaxt Pekində qoruyucu maskalardan istifadə etməyənlər karantin altına alınacaq.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook