SON XƏBƏR

İran səfirliyi bəyanat yaydı: "DQR komandasının iştirakına icazə verilməyib"

Sentyabr 18
14:11 2019
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi bəyanat yayıb.

Səfirlik Tehranda keçirilən erməni idman olimpiadasında Dağlıq Qarabağdan hər hansı bir komandanın iştirak etmədiyini bildirib.

Səfirliyin İran İslam Respublikasının rəsmi idman orqanlarından aldığı xəbərə əsasən, Dağlıq Qarabağdan hər hansı bir komandanın bu idman olimpiadasında iştirakı üçün heç bir icazə verilməyib. Həmçinin bildirilir ki, bu olimpiada qeyri-siyasi xarakter daşıyır və ondan siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək. Səfirlik bir daha vurğulayır ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi ilk və ağır günlərində həmişə qardaş Azərbaycan dövlətinin və millətinin yanında olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməklə bu siyasətini dəyişməyəcək. İran və Azərbaycan dostluğu əbədidir və həqiqətə uyğun olmayan xəbər və şayiələr iki millətin dost və qardaşlığına xələl gətirə bilməz.

Qeyd edək ki, İranın paytaxtı Tehran şəhərində 48-ci Erməni Olimpiadası keçirilir. Oyunlarda Dağlıq Qarabağda yaradılmış terrorçu rejimin yığmasının da iştirak etdiyi deyilirdi. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook