SON XƏBƏR

İran səhvən öz döyüş gəmisini vurdu

May 11
11:48 2020
İranın Hərbi Dəniz Qüvvələri (HDQ) "Kənarək” gəmisinin təlim zamanı "Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış kruiz tipli raketlə səhvən vurulduğunu təsdiqləyib.

Qaynarinfo-nun məlumatına görə, HDQ-nin yaydığı açıqlamada bildirilib ki, ötən gün məşqi zamanı baş vermiş insident nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
 
İranşəhr şəhər Tibb Universitetin rektoru bildirib ki, xəsarət alanlardan 16 nəfər İmam Əli adına xəstəxanaya çatadırılıb. Onlardan biri ölüb, 3 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstəxanada 12 nəfər var.
 
İran Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, Hərbi Dəniz Qüvvələrinin təlimində azı 19 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

09.00

İran Hərbi Dəniz Qüvvələrinin "Jamaran” freqatı hərbi təlimdə iştirak edən digər hərbi gəmini səhvən atəşə tutub.

"RİA Novosti” xəbər verir ki, bu barədə "Tasnim” xəbər agentliyinin siyasi şöbəsinin müdiri Mehdi Bəxtiyari "Twitter” səhifəsində yazıb.

Hadisə Oman körfəzində baş verib. "Jamaran” hərbi gəmisindən buraxılan gəmi əleyhinə raket "Konarak” köməkçi gəmisini vurub.
 
Gəmidə baş verən partlayışda onlarla insan yaralanıb, azı iki nəfər ölüb. Hadisə nəticəsində "Konarak”ın batdığı iddia edilir.

Hələ ki, İran ordusu məlumata rəsmi münasibət bildirməyib.

Qeyd edək ki, "Jamaran” adlı freqat 2010-cu ildə İran Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki donanmasının tərkibinə daxil edilib. Freqat hava, dəniz və yerüstü hədəfləri müşahidə etmək üçün radiolokasiya sistemləri, habelə müasir elektron mübarizə vasitələri ilə təchiz olunub. ("Report”)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook