SON XƏBƏR

İran tankerinin yanma səbəbi məlum oldu: Vurulub

Oktyabr 11
13:43 2019
Qırmızı dənizdə İran tankerinin yanmasının səbəbi məlum olub.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı Press TV İranın National Iranian Oil Company gəmisinin sahibinə istinadla yayıb. Press TV-nin xəbərinə görə tankerə iki raket zərbəsi endirilib. Nəticədə bu da yanğına səbəb olub.

Tankerdə 20 dəqiqə ara ilə iki partlayış baş verib. Tankerdə olanların heç birinin xəsarət almadığı qeyd olunur. Gəminin vəziyyəti sabitdir, onu düzəltməyə çalışırlar.

Gəmi Səudiyyə Ərəbistanının Cidda limanından 96 km məsafədə olub. Kanal qeyd edir ki, yanğın hadisəsi terror hadisəsi ilə əlaqələndirilə bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook