SON XƏBƏR

İranda ABŞ üçün cəsusluq edən şəxs barəsində edam hökmü çıxarıldı

Fevral 04
15:08 2020
İranda ABŞ üçün cəsusluq etməkdə ittiham olunan Əmir Rəhimpur barəsində edam hökmü çıxarılıb.

Qaynarinfo Fars Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Ali Məhkəməsinin sözçüsü Qulam Hüseyn açıqlama verib. O, edam hökmü çıxarılan şəxsin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə İranın nüvə fəaliyyəti barədə məlumatlarda ötürdüyünün sübuta yetirildiyini bildirib.

Qurum rəsmisi həmçinin qeyd edib ki, xeyriyyə təşkilatlarında çalışan daha 2 nəfər də ABŞ-a cəsusluqda ittiham edilərək, 15 il həbs cəzasına məhkum edilib. Lakin həmin şəxslərin adı açıqlanmayıb.

Qeyd edək ki, İranın Kəşfiyyat Nazirliyi 2019-cu ilin iyununda ABŞ-a cəsusluq etməkdə şübhəli bilinən 17 nəfərin saxlanıldığını, onlardan bəzilərinə edam cəzası verildiyini açıqlamışdı.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook