SON XƏBƏR

İranda hərbi paradda atışma nəticəsində ölənlərin sayı artır (VİDEO)

Sentyabr 22
12:08 2018
İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zaman törədilən terror nəticəsində ölən hərbçilərin sayı 10-a çatıb, 21 nəfər yaralanıb, 2 terrorçu zərərsizləşdirilib.

"Tasnim” agentliyi xəbər verir ki, bunu Əhvaz əyaləti valisinin siyasi məsələlər üzrə müavini bildirib.
 
Bu gün İranın cənub-qərbindəki Əhvaz şəhərində hərbi parad zamanı dəhşətli terror aktı baş verib. İran dövlət televiziyasının məlumatına görə şəhərdə keçriilən hərbi parad zamanı çoxlu sayda silahlı hərbçilərə atəş açıb. Çoxsaylı ölən və yaralananlar var. "Mərasim zamanı çoxsaylı silahlı atəş açmağa başladı, xeyli ölən və yaralanan var”-İran televiziyası bildirir.
 
Press.tv isə parad zamanı həm də partlayış baş verdiyini bildirir. Ölənlərin sayı barədə dəqiq məlumat yoxdur.

Virtualaz.org
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook