SON XƏBƏR

İranda koronavirusun üçüncü dalğası başladı

Sentyabr 21
09:08 2020
İranın Tehran əyalətində yeni növ koronavirusun üçüncü dalğası başlayıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu virusun yayılmasına qarşı qərargahın rəhbəri Əlireza Zali deyib.

Ə.Zali qeyd edib ki, son günlərin statistikası Tehranda artıq üçüncü dalğanın başladığını göstərir: " İkinci dalğa ilə üçüncü dalğa arasındakı zaman məsafəsi çox qısa olub".

"Biz Tehranda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məhdudiyyətlərin geri qaytarılması üçün qərargah adından Səhiyyə nazirinə məktub göndərdik. Bu xüsusən distant iş formatına aiddir", - deyə Zali əlavə edib.

Xatırladaq ki, İranda son sutka ərzində daha 3 097 nəfərdə koronavirus aşkarlanıb və daha 183 nəfər infeksiyadan dünyasını dəyişib. Beləliklə, ölkədə yoluxma sayı 422 min 140-a, pandemiya qurbanlarının sayı isə 24 min 301 nəfərə çatıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook