SON XƏBƏR
  • Millimiz Moldovaya qalib gəldi2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.  Qaynarinfo xəbər verir ki, Joze Alesio Da Silva..
  • 72 yaşlı icra başçısı da yola salınırSon günlər hakimiyyətdə sürətli kadr islahatları aparılmaqdadır.    Prezident İlham Əliyevin apardığı kadr islahatları əsasən yaşı 70-i ötmüş, uzun illərdir müxtəlif vəzifələrdə çalışmış m..
  • Daha bir korrupsiya yuvası ləğv ediləcək"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.  Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşd..
  • “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıbSosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən "Nar”, "Radio Antenn" 101 FM-lə birgə "Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Az..
  • Ramiz Mehdiyev AMEA prezidenti olduOktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir. Qlobal.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatların..
  • Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona "Heydər Əliyev” ordenini təqdim edib.   Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti mə..
  • Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edibAkademik Ramiz Mehdiyev "Heydər Əliyev” ordeni ilə təltif edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R. Mehdiyev Azərbaycan Respublikasın..
  • Prezident Təhlükəsizlik Şurasının tərkibini dəyişdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişikli..
  • Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin..
  • Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdiPrezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, sərəncamd..

İsa Qəmbəri 2003-cü ildə necə aldadıblar? – Sirlər açılır

Sentyabr 15
12:37 2019
ADP sədri olanlardan danışdı...

AMİP katibi Əli Orucov bildirib ki, 2003-cü ildə ölkənin müxalifət düşərgəsi Etibar Məmmədovun namizədliyi üzərində dayanıb. Hətta AXCP, Müsavat, ADP və AMİP liderlərinin Londonda keçirilən zirvə toplantısında müxalifətin vahid namizədi kimi Etibar Məmmədovun irəli sürülməsi barədə ilkin razılığa gəlindiyini deyib və sonradan bu razılaşmaya Moskvada mühacirətdə olan sabiq prezident Ayaz Mütəllibov da qoşuldu.

AMİP rəsmisinin bu açıqlamasına ADP sədri Sərdar Cəlaloğlu münasibət bildirib.

Qlobal.az xəbər verir ki, "Yeni Müsavat”a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idi və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçısı olaraq tam məlumatlı olub. Etibar Məmmədovun vahid namizəd olması barədə razılıq əldə olunduğu barədə deyilənlər həqiqəti əks etdirmir. Çünki belə bir razılıq olmayıb: "ADP 2003-cü ildə Etibar Məmmədovun vahid namizəd olması məsələsinə dəstək verməyib. Sadəcə olaraq seçkidən öncə Londonda 4 partiya lideri arasında məlum görüş olmuşdu. Həmin görüşdə liderlər razılaşmışdılar ki, seçki kampaniyasının gedişatında kimin xalq arasında reytinqinin çox olduğu, kimin seçki mitinqlərinə çox sayda insan qatıldığı müşahidə edilərsə həmin namizədin ətrafında hamı birləşsin və sonda vahid namizəd olaraq onu müdafiə etsin. Seçki kampaniyasının bir müddəti arxada qaldıqdan sonra Əli Kərimli məni dəvət etdi və dedi ki, İsa Qəmbərin mitinqləri onun Etibar Məmmədovdan açıq-aşkar üstünlüyə, daha çox xalq dəstəyinə malik olduğunu göstərir, ona görə də London razılaşmamıza görə gəlin İsa Qəmbəri vahid namizəd elan edək. Əli Kərimli bildirdi ki, bu barədə Etibar Məmmədovla da danışacaq. Mən də Rəsul Quliyevlə bu barədə danışdım və Rəsul Quliyev də razılaşmaya əməl edərək İsa Qəmbəri dəstəkləməyə hazır olduğunu dedi. Getdim İsa Qəmbərin yanına bütün bunlar barədə məlumat verdim.

Sonra Əli Kərimli ilə Etibar Məmmədov İsa Qəmbərlə ”Kiyev" restoranında görüşmüşdülər. Orada İsa Qəmbəri aldatmışdılar ki, guya Rəsul Quliyev heç bir böyük vəzifə istəmədiyini deyib. Həmçinin orada İsa bəyə onun namizədliyini Prezident Şurası yaradılacağı, Etibar Məmmədovun həmin Şuraya sədr təyin edilməsi, Əli Kərimlinin baş nazir olması şərtləri ilə dəstəkləməyə hazır olduqlarını demişdilər. Əgər Etibar Məmmədovun müxalifətin vahid namizədi olması barədə razılıq var idisə onlar niyə gedib İsa Qəmbərlə belə bir danışıq aparmışdılar? Etibar Məmmədovun vahid namizədliyi məsələsi qətiyyən olmayıb. Bu məsələ o zaman heç bizim ağlımıza belə gəlmirdi. Sadəcə olaraq bizim partiyada Qurban Məmmədov, Aydın Quliyev və digər bir-iki nəfər Etibar Məmmədovun namizədliyinin müdafiə edirdilər. Əvvəllər Rəsul Quliyevdə də Etibar Məmmədovu müdafiə eləmək meyli hiss edilirdi. Lakin mən qətiyyən bu mövqenin əleyhinə idim. Seçkiyə az qalmış gecə saat üçdə Rəsul Quliyevlə İsa Qəmbər arasında İsa Qəmbərin dəstəklənməsi barədə protokol imzaladıq. London razılaşmasının şərtlərini əsas tutaraq Rəsul Quliyev bu protokolu imzalamışdı. Protokolda İsa Qəmbərin prezident seçiləcəyi halda Rəsul Quliyevin baş nazir olacağı da əksini tapmışdı".

S.Cəlaloğlu onu da xatırlatdı ki, Əli Kərimlinin sonradan Etibar Məmmədovu dəstəkləməsi vəzifə bölgüsündən narazı qalması ilə bağlı olub: "Mənim bir səhvim oldu. Əli Kərimliyə dedim ki, Etibar Məmmədov Milli Məclisin sədri olacaq, sən də olacaqsan Konstitusiya Məhkəməsinin sədri. Əli Kərimli bu təklifin əslində İsa Qəmbərin mövqeyi olduğunu bildiyindən bunu real təklif kimi qəbul edərək narazı qalıb. Əli Kərimli Etibar Məmmədovun baş nazir, özünün isə Milli Məclisin sədri olmasını istəyirdi. İsa Qəmbəri də buna görə dəstəkləmək istəyində idi. Rəsul Quliyevin baş nazir olacağı məsələsinin ortaya çıxmasından sonra Əli Kərimli Etibar Məmmədovu dəstəklədi. Beləliklə, müxalifətin bütün qüvvələrinin vahid namizədlə seçki qutusuna getməsi planı pozuldu. Bu iki şəxsin mövqeyi hakimiyyət dəyişikliyinə imkan verməyən məsələlərdən biri oldu. Əli Kərimlinin Etibar Məmmədovu dəstəkləməsi Etibar Məmmədovun müxalifətin vahid namizədi olması demək deyildi”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook