SON XƏBƏR

"İşğala məruz qalanla işğalçını ayırd etmək vacibdir" - Ərdoğandan Ruhaniyə

Oktyabr 22
20:52 2020
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Telefon danışığı zamanı prezidentlər Türkiyə-İran əlaqələri, terrorla mübarizədə əməkdaşlıq, Azərbaycan-Ermənistan məsələsi və Suriya münaqişəsi barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan torpaqlarını işğal edən Ermənistanın mülki əhalini atəşə tutmasının müharibə cinayəti olduğunu vurğulayan Ərdoğan bu məsələdə haqlı ilə haqsızı, işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini qeyd edib.
 
(Qaynarinfo)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook