SON XƏBƏR

İsmayıllı rayon İcra Hakimiyyəti dövlətin pullarını riskə atır? - Açıqlama

Dekabr 18
12:08 2018
Bu ilin sentyabr ayında dövlət başçısı İlham Əliyev cənablarının İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
Sərəncama əsasən 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat ayrılıb. 
 
Məlumata görə İsmayıllı rayon İcra Hakimiyyəti İvanovka kənd Mədəniyyət Sarayı binasının əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması işlərini "TFM-SMART PROJECT" MMC adlı şirkətə tapşırıb. 
 
Bu şirkət isə bir müddət öncə Bakı şəhərində apardığı digər tikinti işləri ilə gündəmə gəlmişdi.
 
Şirkətin məşğul olduğu proyektlərlə buradan tanış ola bilərsiz: 
 
(http://xezerxeber.az/Web%20TV/207980.html
 
 
 
https://virtualaz.org/cemiyyet/120355)
 
Ancaq sonradan məlum oldu ki, şirkət ərazidə aparılan binanın layihə işlərini həyata keçirib. 
  
Şirkətin mühəndisi o zaman mediaya açıqlama verərək eskiz layihə hazırlanarkən qanunla nəzərdə tutulmuş bütün normativlər nəzərə alındığını desə də, layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırıldı. 
 
Buna səbəb kimi isə binalar arasındakı tikintiyə görə sənədləşmə işlərinin yarımçıq aparılması, tikintinin aparılması məqsədilə hazırlanmış ərazi planlaşdırılması sənədlərinin Azərbaycan Respublikasının müvafiq şəhərsalma qanunvericiliyinin tələblərinə uyğun gəlməməsi göstərilirdi. 
 
Qeyd edək ki, İsmayıllı rayon İcra Hakimiyyəti İvanovka kənd Mədəniyyət Sarayı binasının əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması üçün şirkətə 15000 (on beş min) manata yaxın vəsait ödəyib.
 
Layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılan şirkətə 2.5 milyon manatlıq smetası olan dövlət əhəmiyyətli binanın əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinin tapşırılması ilə əlaqədar İsmayıllı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
 
İsmayıllı rayon İcra Hakimiyyətindən Qlobal.az-a verilən açıqlamada İvanovka kənd Mədəniyyət Sarayının təmiri ilə bağlı layihənin hazırlanması üçün Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender keçirildiyi, tenderin qalibinin isə "TFM-SMART PROJECT" MMC olduğu bildirildi.
 
Həmçinin İsmayıllı rayon İcra Hakimiyyəti bütün proseslərin qanuna uyğun aparıldığını qeyd etdi.
 
Cahandar İsmiyev

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook