SON XƏBƏR

İsrail XİN: Azərbaycanla münasibətləri genişləndirməyə davam edəcəyik

Aprel 29
07:36 2021
"Azərbaycan İsrailin dövlətinin müttəfiqi, dostu və enerji resurslarlarının ən böyük təchizatçısıdır".

"Report” xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Qabi Aşkenazi İsrail-Azərbaycan Hökumətlərarası komissiyasının ikinci iclasında bildirib.

"Biz Azərbaycanla mühüm münasibətlərin inkişafı üzərində işləməyə və onları yeni sahələrdə genişləndirməyə davam edəcəyik", - Xarici İşlər Nazirliyinin başçısı deyib.

Qeyd edək ki, dünən ikitərəfli münasibətlərin və ticarətin inkişafına həsr edilmiş İsrail-Azərbaycan Hökumətlərarası komissiyasının ikinci iclası keçirilib.

Öz növbəsində İsrailin Xarici İşlər Nazirliyi bildirib ki, tərəflər Azərbaycanın İsrailin (koronavirusa qarşı) peyvənd sertifikatını tanıması və həmin ölkədən olan turistlərinin Azərbaycana gəlişinin bərpa olunması imkanlarını da müzakirə ediblər.

Azərbaycan 2021-ci ildə İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik açmaq niyyətindədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook