SON XƏBƏR

İtkin düşmüş şəhidimizin meyiti tapıldı: Sabah Sabirabadda dəfn olunacaq

Yanvar 06
00:13 2021
44 günülük Vətən Müharibəsi dövründə itkin düşmüş Sabirabad rayonunun Poladtoğay kəndinin sakini Əhmədli Əhməd Anar oğlunun şəhid olması xəbəri gəlib.

Bununla bağlı onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.

Bildirilib ki, şəhidlik zirvəzisinə ucalan Əhməd Əhmədlinin meyiti tapılıb və dəfn olunması üçün yaşadığı kəndə gətirilib.

Şəhidimiz sabah saat 12:00-da Sabirabad rayonunun Poladtoğay kəndində dəfn olunacaq. 

Allah rəhmət eləsin.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook