SON XƏBƏR

İTV-dən 6-cı mərtəbədən yıxılan əməkdaşı ilə bağlı açıqlama

Mart 12
15:26 2020
Bu gün təxminən saat 12:40 radələrində İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb.

Bu barədə Qaynarinfo-ya şirkətdən məlumat verilib.

Bildirilib ki, şirkət əməkdaşları tərəfindən dərhal Təcili Tibbi yardım çağırılıb: "Rasim Babayev xəstəxanaya aparılıb. Hazırda o həkimlərin nəzarətindədir".

Məlumatda qeyd edilib ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb: "Bununla bağlı aidiyyatı orqanlara məlumat verilib".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook