SON XƏBƏR

Jalə Əhmədova seçicilərlə daha bir izdihamlı görüş keçirdi - FOTO

Fevral 04
10:32 2020
Fevral ayının 9-da keçiriləcək Milli Məclis seçkisində 59 saylı Salyan seçki Dairəsindən deputatlığa namizəd Jalə Fərhad qızı Əhmədova təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti izdihamlı görüşünü keçirib. 
 
Qlobal.az xəbər verir ki, deputatlığa namizədin "Muğan Palace" sarayında keçirdiyi görüşdə ziyalılar, ictimaiyyət və mədəniyyət nüməyəndələri iştirak edib. 
 
Böyük coşqu ilə keçən görüşdə Jalə Əhmədova çıxış edərək seçicilərə indiyədək olan fəaliyyəti və seçki platforması barədə məlumat verib, onları 9 fevral tarixində fəal olmağa, seçki məntəqələrinə gələrək layiq bildikləri namizədə səs verməyə çağırıb. 
 
Səmimi mühitdə davam edən görüşdə Jalə Əhmədova seçiciləri maraqlandıran sualları cavablandırıb, gələcəkdə onları narahat edən problemlərin həlli istiqamətində müvafiq qurumların qarşısında məsələ qaldıracağını bildirib. 
 
Görüşdə iştirak edən seçicilər Jalə Əhmədovanı dəstəkləyəcəklərini, ona səs verəcəklərini bildiriblər. 
 
Sonda xatirə şəkili çəkilib.
 
Deputatlığa namizəd Jalə Əhmədova dairədə seçicilərlə görüşlərini davam etdirir. 
 
Qlobal.az
 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook